Türkiyənin "Başakşəhər" klubu baş məşqçisi Okan Burukla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Okan Buruk 2019/20 mövsümündə "Başakşəhər"lə Türkiyə Super Liqasının qalibi olub. Komanda hazırda Super Liqada 24 xalla 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest