"Neftçi" Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.
 
Matc.az xəbər verir ki, klubla "Bella Pizza" arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib.
 
Tərəflər ilkin mərhələdə 6 aylıq müqaviləyə imza atıb.
 
Razılaşmaya əsasən, bu müddətdə "Neftçi"nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində "Bella Pizza" ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus "Neftçi TV" və sosial media səhifələrində "Bella Pizza"nın da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək. Həmçinin birlikdə klub azarkeşləri üçün müxtəlif kampaniyalar təşkil ediləcək. "Bella Pizza" isə komandanın qidalanmasına dəstək verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest