"İnter" (indiki "Keşlə") və "Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri karyerasını Polşa çempionatında davam etdirəcək.
 
Matc.az xəbər verir ki, gürcü yarımmüdafiəçi "Lex" klubuna keçib.
 
29 yaşlı oyunçu ilə bu ilin iyununadək müqavilə imzalanıb. Sözləşmənin müddəti yayda daha 2 il uzadıla bilər.
 
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Nika Kvekveskiri 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest