"Zirə" müdafiəçisi Ali Siseylə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Syerra leoneli futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
"Zirə" göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
 
Sisey 2020-ci ilin yanvarından "Zirə"nin uğurları üçün çalışırdı.
 
Yeri gəlmişkən, "Zirə" yeni futbolçu ilə də güclənib. Qəsəbə təmsilçisi Ukraynanın "Lvov" klubuna məxsus hücumçu Filipe Paxtmanla anlaşıb. Braziliyalı futbolçu qarşıdakı 6 ayı icarə əsasında "Zirə"də keçirəcək. Bu transferin tezliklə rəsmən açıqlanması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest