Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Əvvəlcə "Yeni Malatyaspor" doğma meydanda "Fatih Karagümrük"ü qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
 
Günün son matçında "Qalatasaray" mövsümün uğurlu komandalarından olan "Qaziantep"in müqavimətini qırmağa çalışıb. İstanbul təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.
 
Türkiyə Super Liqası
22-ci tur
29 yanvar
 
Yeni Malatyaspor – Fatih Karagümrük 0:0
 
Qaziantep – Qalatasaray 1:2
Qol: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.
 
30 yanvar
 
14:30 Kasımpaşa – Kayserispor
17:00 Başakşəhər – Hatayspor
17:00 Alanyaspor – Sivasspor
20:00 Fənərbaxça – Rizəspor
 
31 yanvar
 
14:30 Ərzurumspor – Ankaragücü
17:00 Gənclərbirliyi – Antalyaspor
17:00 Dənizlispor – Göztəpə
20:00 Beşiktaş – Trabzonspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest