Türkiyənin "Ərzurumspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Yakuba Kulibalini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransanın "Havr" klubundan transfer edilən burkina fasolu müdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Kulibali 2017/18 mövsümündən "Havr"ın uğurları üçün çalışırdı. 26 yaşlı sol cinah müdafiəçisi 2020-ci ildə qısa müddət icarə əsasında "Paris" komandasının da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest