Futbol üzrə Türkiyə yığmasının və İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Hakan çalhanoğlu koronavirusdan sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə 26 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, sonuncu koronavirus testinin neqativə döndüyünü bəyan edib. 
 
"Milan"ın rəsmi saytında da bu barədə açıqlama verilib. Türk futbolçunun tezliklə komanda ilə məşqlərə başlayacağı diqqətə çatdırılıb.
 
Xatırladaq ki, "Milan" Hakanın koronavirusa yoluxduğu yanvarın 17-də açıqlamışdı. Həmin vaxt komandanın digər üzvü Teo Hernandesin də COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest