İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Yunayted"in yarımmüdafiəçisi Cessi Linqardı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
 
İngiltərə yığmasının üzvü "Mançester Yunayted"in öz yetirməsi olsa da, müxtəlif dövrlərdə "Lester Siti, "Birmingem", "Brayton" və "Derbi Kaunti" klublarında da icarədə oynayıb. 
 
"Vest Hem" həm də yayda icarəyə götürdüyü Said Benrahmanın transfer hüquqlarını da alıb. Premyer Liqa təmsilçisi əlcəzairli yarımmüdafiəçini çempionşipdə mübarizə aparan "Brentford"dan icarəyə götürmüşdü.
 
25 yaşlı futbolçu satınalma şərti ilə heyətə qatılmışdı. Amma onun çıxışından razı qalan "Vest Hem" rəhbərliyi futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Klub bu keçidə görə 30 milyon funt-sterlinqindən keçib. Benrahmayla müddəti 2026-cı ilə qədər olan müqavilə imzalanıb.
 
Qeyd edək ki, Benrahma peşəkar karyerasına Fransanın "Nitsa" klubunda başlayıb. O, 2018-ci ildən "Brentford"da çıxış edirdi.
 
Benrahma bu mövsüm "Vest Hem"in heyətində 12 Premyer Liqa matçına çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest