"Milan"ın yarımmüdafiəçisi Hakan çalhanoğlu Almaniyaya qayıtmağa hazırlaşır. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Türkiyə millisinin üzvü hazırkı komandasından ayrılacaq.

Maddi baxımdan problem yaşayan "rossonyerlər" qış fasiləsində çalhanoğlunu satmağı planlaşdırırlar. 24 yaşlı futbolçu üçün Bundesliqadan artıq bir rəsmi təklif də gəlib. Belə ki, "Leypsiq" bu məsələ ilə bağlı İtaliya klubunun qapısını döyüb. çalhanoğlunun ilkin razılığını alan almanlar qarşı tərəfə 20 milyon avro təklif edib.

Qeyd edək ki, Hakan çalhanoğlu "Milan"a ötən il "Bayer"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest