PSJ-nin iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə yarımmüdafiəçi Marko Verratti və müdafiəçi Abdu Diallonun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onların hər ikisi karantinə alınıb.
 
PSJ sabah Liqa 1-in 22-ci turu çərçivəsində səfərdə "Loryan"la qarşılaşacaq. Verratti ilə Diallo isə bu oyunu buraxmalı olacaq.
 
Qeyd edək ki, Paris təmsilçisi geridə qalan 21 turda topladığı 45 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest