"Zirə" yeni futbolçu ilə anlaşıb.
 
Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı Filipe Paxtmanı heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə 6 ay + 3 illik müqavilə imzalanıb.
 
Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. Hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
 
Qeyd edək ki, braziliyalı futbolçu peşəkar karyerasına "Lvov" klubunda başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest