Qış fasiləsində "Neftçi"dən ayrılan konqolu futbolçu Prins İbara karyerasını Fransada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, müqavilə ilə Belçika "Berşot"una məxsus olan 25 yaşlı hücumçu icarə əsasında "Şatoru" komandasına keçib.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Afrikalı forvard Liqa 2 təmsilçisi ilə 2020/21 mövsümünün sonunadək sözləşmə imzalayıb.
 
Qeyd edək ki, Prins İbara cari mövsümün ilk yarısını "Neftçi"də icarə əsasında keçirib. O, 7 oyuna 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest