İtaliyanın "Parma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi rumıniyalı yarımmüdafiəçi Dennis Manı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumıniyanın "Styaua" klubundan transfer olunan 22 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb.
 
"Parma" bu transferə görə 13 milyon avrosundan keçib.
 
Man bu mövsüm "Styaua"nın heyətində meydana çıxdığı 20 oyunda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest