Türkiyənin "Dənizlispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın "Havr" klubunun sol cinah müdafiəçisi Ayman Ben Məhəmmədi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
 
Tunis yığmasının da üzvü olan Ayman, bu mövsüm Liqa 2-də 12 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest