İspaniyanın "Atletiko" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə müdafiəçi Mario Ermoso və yarımmüdafiəçi Yannik Ferreyra-Karraskonun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Hər iki oyunçu təcrid olunub.
 
Qeyd edək ki, La Liqada 47 xalla turnir cədvəlinə başçılıq edən "Atletiko" yanvarın 31-də 21-ci tur çərçivəsində "Kadis"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest