Futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında matçın birinci hakimi İrina Velikanovanın idarəçiliyindən narazı qaldığını gizlətməyib:
 
"Matçın taleyi Anton Brunovskinin meydandan qovulması ilə həll olundu. Beynəlxalq oyunlarda bu cür hərəkəti qayda pozuntusu kimi qiymətləndirmirlər. Rusiyalı referinin üçüncü hakim olmasına etiraz etməzdik. Amma dünən bütün oyunu məhv etdi və bununla da üstünlüyü rəqibə verdi. 2 dəqiqəni azlıqda oynamağa məcbur olduq.
 
Təəssüf ki, hər şey belə alındı. Oyunçular da üzüldülər. Azlıqda qalanadək yaxşı müdafiə olunduq. Amma matçın sonlarına yaxın qollar buraxdıq. üçüncü qol zamanı qayda pozuntusu var idi. Təəssüf ki, rəqib son saniyələrdə 4-cü topu da qapımızdan keçirdi. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardı və alqışı haqq etdi. Yenə deyirəm, referi bizi incitdi. Düzdür, kifayət qədər qol şansımız oldu, lakin yararlana bilmədik. Bəlkə də, məğlubiyyətdə bu amil də rol oynadı".
 
Slovakiya yığmasının yeganə qolunun müəllifi Tomaş Drahovski isə bu matçda daha az səhv edən komandanın qalib gəldiyini bildirib: "Qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Amma sonda böyük hesabla uduzduq. Fasilədə öz-özümüzə dedik ki, çox yaxşı oynayırıq, şans yaradırıq, onları qola çevirmək lazımdır. İkinci hissəyə çıxanda qarşımıza qələbə hədəfi qoymuşduq".
 
Futzalçı da rusiyalı referinin yanlış qərar qəbul etdiyini söyləyib: "Düşünürəm ki, ikinci sarı vərəqəni göstərməyə də bilərdi. Bundan sonra komanda öz oyununu itirdi. Sonradan çox çalışsaq da, nəticədə məğlub olduq. Fikrimcə, bərabər səviyyəli oyun getdi. Heç-heçə daha ədalətli nəticə olardı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest