Futbol üzrə Türkiyə Super Liqasının 22-ci turunun "Alanyaspor" - "Sivasspor" matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu gün keçirilən qarşılaşma başlayandan bir qədər sonra güclü yağış səbəbindən yarıda qalıb.
 
Alanyada keçirilən matçın 20-ci dəqiqəsində meydanın yağış suları ilə dolması səbəbindən hakimlər oyunu dayandırıblar və komandalar paltardəyişmə otağına yollanıblar. Az sonra qarşılaşmanın sabaha təxirə salındığı açıqlanıb.
 
Beləliklə, "Alanyaspor" - "Hatayspor" matçı sabah yerli vaxtla 16:00-da qaldığı yerdən davam etdiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest