Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Traktor" doğma meydanda "Aluminium Arak"la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" klubu isə bu turda "Persepolis"lə səfər oyununda 1:2 hesablı məğlubiyyətə üzülüb.
 
13 turdan sonra 19 xalı olan "Traktor" 16 kollektiv arasında 5-ci, 4 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest