İtaliyanın "Roma" klubu sabiq hücumçusu Stefan El Şaravini geri qaytarıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Son olaraq çinin "Şanxay Şenxua" komandasında oynamış hücumçu "Roma"ya azad agent statusunda keçib. Lakin İtaliya millisinin 28 yaşlı üzvü ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. 
 
Qeyd edək ki, Stefan El Şaravi 2016-2019-cu illər aralığında da "Roma"nın formasını geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 139 qarşılaşmada 40 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest