"Mançester Siti" İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində "Şeffild Yunayted"ə 1:0 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, "şəhərlilər" bu qələbə ilə rekorda imza atıb.
 
Komanda son 12 oyununda qələbə qazanıb. Bu, klub tarixində ən uzun qələbə seriyası olaraq tarixə keçib.
 
Bundan başqa, "Mançester Siti" 2021-ci ildə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi 9 oyunun hamısında qalib gəlib. Bu, 1888-ci ildən bəri İngiltərə klublarının göstərdiyi ən yaxşı nəticədir.
 
Bu oyun Pep Qvardiola üçün də əlamətdar olub. "Mançester Siti"nin baş məşqçisi "Böyük beşlik" ölkələrinin çempionatlarında 500 qələbə həddinə çatan mütəxəssislər sırasına qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest