"Qarabağ" haitili müdafiəçisi Donald Gerye ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. "Qarabağ" futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Gerye bir müddət öncə əvəzedici komandaya göndərilmiş və cərimə olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest