Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 32 yaşlı oyunçu ilə ilkin razılığa gəldikləri qeyd olunub. Onunla 2022-ci ilin mayına qədər müqavilə imzalanacağı diqqətə çatdırılıb.

"Qarabağ"dan ayrılan Donald Geryenin yeni klubu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, haitili futbolçu bundan sonra Kiprin "Apollon" klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 32 yaşlı oyunçu ilə ilkin razılığa gəldikləri qeyd olunub. Onunla 2022-ci ilin mayına qədər müqavilə imzalanacağı diqqətə çatdırılıb.
 
Xatırladaq ki, "Qəbələ" və "Neftçi"nin sabiq futbolçusu Baqali Dabo da "Apollon"da çıxış edir.
 
"Qarabağ" ötən ilin yayından bu komandada çıxış edən Gerye ilə müqavilənin qarşılıqlı razılaşma yolu ilə ləğv edildiyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest