İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisi İspaniyanın "Betis" klubunun hücumçusu Antonio Sanabriyanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paraqvay yığmasının 24 yaşlı üzvü yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Lakin Sanabriya hələ bir müddət yeni komandasına qoşula bilməyəcək. Buna milli üzvündə koronavirus aşkarlanması səbəb olub. Bu üzdən də Antonio bir müddət karantində qalacaq.
 
Qeyd edək ki, 2016-cı ildən "Betis"də çıxış edən Sanabriya karyerası ərzində "Barselona", "Sassuolo", "Roma", "Sportinq" (Xixon) və  "Cenoa" kimi klubların da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest