Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd görüş baş tutub.
 
"Liverpul" London səfərində "Vest Hem"lə qarşılaşıb və inamlı qələbəyə sevinib.
 
Baş məşqçi postuna Tomas Tuxeli gətirən və ilk oyunda qələbə qazana bilməyən "çelsi" bu dəfə "Bernli"nin müqavimətini qırmağı bacarıb.
 
Joze Mourinyonun "Tottenhem"i "Brayton"la qarşılaşıb. London klubu səfərdən əliboş qayıdıb. "Lester Siti" də "Lids"lə oyundan məğlub ayrılıb.
 
İngiltərə Premyer Liqası
21-ci tur
30 yanvar
 
Everton – Nyukasl 0:2
Qol: Uilson, 73; 90+3.
 
Mançester Siti – Şeffild Yunayted 1:0
Qol: Q.Jezus, 9.
 
Kristal Pelas – Vulverhempton 1:0
Qol: Eze, 60.
 
Vest Bromviç – Fulhem 2:2
Qol: Bartli, 47. M.Pereyra, 66 – Rid, 10. Kavalyero, 77.
 
Arsenal – Mançester Yunayted 0:0
 
Sauthempton – Aston Villa 0:1
Qol: Barkli, 41.
 
31 yanvar
 
çelsi – Bernli 2:0
Qol: Aspilikueta, 40. Alonso, 84.
 
Lester – Lids 1:3
Qol: Barnes, 13 – Dallas, 15. Bamford, 70. Harrison, 84.
 
Vest Hem – Liverpul 1:3
Qol: Douson, 87 – Slaah, 57; 68. Veynaldum, 84.
 
Brayton – Tottenhem 1:0
Qol: Trossard, 17.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest