Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, mərhələnin açılış oyununda Sumqayıtda eyniadlı komanda ilə "Səbail" üz-üzə gəlib.

Bu qarşılaşma komandalar arasında ölkə kubokları tarixində ilk dueldir. Qonaqlar bu oyunda minimal hesabla qalib gəliblər.

Günün digər matçında çempionatın lideri "Qarabağ" "Qəbələ"ni qəbul edib. Ağdam klubu rəqibini inamlı hesabla məğlub edib. 
 
Sabah daha 2 görüş baş tutacaq. "Keşlə" 1/8 finalda "Sabah"ı mübarizədən kənarlaşdıran "Kəpəz"ı sınağa çəkəcək. Mərhələnin ən maraqla gözlənilən oyunu isə "Neftçi" və "Zirə" arasında olacaq.
 
1/4 final mərhələsinin cavab görüşləri fevralın 6-da və 7-də keçiriləcək.
 
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
1 fevral
 
"Sumqayıt" – "Səbail" 0:1
Qol: A.Yunanov, 12.
"Kapital Bank Arena". Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 23. Milovan Petrovik, 4. Ali Sisey.
Baş məşqçi: Aftandil Hacıyev.
 
"Qarabağ" – "Qəbələ" 3:1
Qol: O.Kvabena, 55. M.Emreli, 72; 74 - C.Adeniyi, 88.
33-cü dəqiqədə U.Matiç penaltidən yararlana bilməyib (qapıçı) 
Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov

Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 9. Ehtiram Şahverdiyev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
 
2 fevral (çərşənbə axşamı)

16:00. "Keşlə" – "Kəpəz"
"ASK Arena". Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
 
 
18:00. "Neftçi" – "Zirə"
"Bakcell Arena": Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
 
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest