"Kamp Nou"da keçirilən və "Barselona"nın 2:1 hesablı qələbəsi ilə bitən matçdakı qollardan birini argentinalı futbolçu vurub.

Futbol üzrə İspaniya La Liqasının 21-ci turu çərçivəsində keçirilən "Atletik"lə oyun "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, "Kamp Nou"da keçirilən və "Barselona"nın 2:1 hesablı qələbəsi ilə bitən matçdakı qollardan birini argentinalı futbolçu vurub.
 
Bu, Messinin "Barselona"nın heyətində vurduğu 650-ci qol olub. O, İspaniya çempionatı çərçivəsində 456 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest