Fransa çempionu PSJ qapıçısı Marçin Bulkanı mövsümün əvvəlində icarəyə verdiyi İspaniyanın "Kartaxena" klubundan geri çağırıb.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi polşalı qolkiperi yenidən icarəyə göndərib.
 
Bulka bundan sonra Fransanın "Şatoru" komandasında forma geyinəcək. PSJ qapıçısını Liqa 2 təmsilçisinə mövsümün sonuna kimi icarəyə verib.
 
Qeyd edək ki, Bulka PSJ-yə 2019-cu ildə "çelsi"dən transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest