"Trabzonspor" Türkiyə millisinin və Almaniya "Volfsburq"unun yarımmüdafiəçisi Yunus Mallının transferini bitirib.
 
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2.5+1 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Türkiyə klubuna azad agent statusu ilə gələn Yunus, bu mövsüm üçün 4 milyon 465 min TL qazanacaq. Sonrakı iki ildə isə futbolçunun illik qazancı 8 milyon 930 min TL təşkil edəcək. Müqavilədəki əlavə bir il də qüvvəyə minsə, Mallının 2023/24 mövsümündəki qazancı 13 milyon 395 min TL olacaq. Trabzon təmsilçisinə azad agent kimi qatıldığı üçün futbolçuya daha 11 milyon 162 min 500 TL də ödəniləcək.
 
Yunus Mallı Münhenqaldbax "Borussiya"sının yetirməsidir. 2017-ci ildən "Volfsburq"un uğurları üçün çalışan 28 yaşlı yarımmüdafiəçi, "Maynts" və "Union Berlin"də də çıxış edib. O, yeni komandasında "29" nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest