Futzalçılar baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında gerçəkləşdirəcək. Zədəli olan Amir Şojaei və Hadi Ahmadinin əvəzinə Yunanıstan paytaxtına Oktay Rüstəmli aparılıb

Yunanıstan yığması ilə Avropa çempionatının seçmə qrup oyununda üz-üzə gələcək Azərbaycan millisi Afinaya yola düşüb. Matc.az xəbər verir ki, futzalçılar baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında gerçəkləşdirəcək.
 
Zədəli olan Amir Şojaei və Hadi Ahmadinin əvəzinə Yunanıstan paytaxtına Oktay Rüstəmli aparılıb.
 
Qeyd edək ki, fevralın 2-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest