Salah İngiltərə çempionatında 90 qol həddinə çatan 5-ci afrikalı oyunçu olub. Misirli forvard bu baxımdan komanda yoldaşı Sadio Mane (91 qol), "Everton" və "Portsmut"un keçmiş üzvü Yakubu Ayeqbeni (95 qol), "Tottenhem", "Arsenal" və "Mançester Siti"də oynamış Emmanuel Adebayordan (97 qol) bir neçə top geri qalır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində "Vest Hem" üzərində qazandıqları 3:1 hesablı qələbədə dublla pay sahibi olub.
 
Matc.az xəbər verir ki, 29 yaşlı hücumçu bu dubl sayəsində Premyer Liqada vurduğu qolların sayını 90-a çatdırıb.
 
Salah İngiltərə çempionatında 90 qol həddinə çatan 5-ci afrikalı oyunçu olub. Misirli forvard bu baxımdan komanda yoldaşı Sadio Mane (91 qol), "Everton" və "Portsmut"un keçmiş üzvü Yakubu Ayeqbeni (95 qol), "Tottenhem", "Arsenal" və "Mançester Siti"də oynamış Emmanuel Adebayordan (97 qol) bir neçə top geri qalır. Bu baxımdan rekord isə "çelsi"nin keçmiş hücumçusu Didye Droqbaya məxsusdur. Droqba Premyer Liqada 104 qol vurub.
 
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest