Futbol üzrə İspaniya millisinin sabiq hücumçusu Xusto Texada vəfat edib.
 
Matc.az xəbər verir ki, veteran futbolçu 88 yaşında dünyasını dəyişib.
 
1961-1963-cü illərdə "Real"ın formasını geyinmiş forvard bu komandanın heyətində iki dəfə La Liqa, bir dəfə isə İspaniya kubokunun qalibi olub.
 
Qeyd edək ki, İspaniya millisində 8 oyun keçirən Xusto Texada "Barselona" və "Espanyol"un da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest