Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Dimitrios Pelkas zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yunanıstanlı yarımmüdafiəçi zədə səbəbindən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Pelkas "Fənərbaxça"nın Super Liqanın 23-cü turu çərçivəsində "Qalatasaray"a qarşı keçirəcəyi matçı buraxmalı olacaq. Görüş fevralın 6-da keçiriləcək.
 
Pelkas bu mövsüm "Fənərbaxça"da 20 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest