"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"İlk oyunda qələbə qazanmağı çox istəyirdik. Əsas məqsədlərimizdən biri də qapımızı toxunulmaz saxlamaq idi, təəssüf ki, bunu bacarmadıq. Birinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Fasilədən sonra daha yaxşı oynasaq da, qol imkanlarını boşa verdik. Hazırda ən böyük çatışmazlığımız da məhz qol imkanlarından yararlana bilməməkdir. Tez bir zamanda bu problemi aradan qaldırmağa çalışacağıq. Artıq bu oyunu unudub, cavab qarşılaşmasına hazırlaşacağıq. Turu keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest