İngiltərənin "Tottenhem" klubu yarımmüdafiəçisi Maurizio Poçettino ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Poçettino karyerasını İngiltərənən "Uotford" klubunda davam etdirəcək. 18 yaşlı yarımmüdafiəçi "Tottenhem"in sabiq baş məşqçisi və hazırda PSJ-ni çalışdıran Maurisio Poçettinonun oğludur. Maurizio "Tottenhem"in 2-ci komandasında çıxış edirdi.
 
Maurisio Poçettino 2014-2019-cu illər aralığında "Tottenhem"in baş məşqçisi olub. Argentinalı mütəxəssis ötən aydan etibarən PSJ-ni çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest