Almaniya çempionu "Bavariya" iki futbolçusunu icarəyə göndərib.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisi gənc hücumçusu Coşua Zirkzeni İtaliyanın "Parma" klubuna, müdafiəçisi Kris Riçardsı isə "Hoffenhaym"a icarəyə göndərib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçunun mövsümün sonuna qədər icarədə oynayacağı vurğulanıb.
 
Qeyd edək ki, həm Zirkze "Bavariya"nın öz yetirməsidir. O, 2019-cu ildən "Bavariya"nın əsas komandasında da oynamağa başlamışdı. 19 yaşlı niderlandlı forvard Münhen təmsilçisində 12 oyun keçirib, 4 qol vurub. 
 
ABŞ-dan olan Riçards isə ölkəsində "Hyuston" və "Dallas" klublarında futbolçu kimi yetişib. O, 2019-cu ildə "Bavariya"ya cəlb olunub. 20 yaşlı müdafiəçi Münhen təmsilçisinin əsas komandasında 4 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest