Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Konyaspor"la yollarını ayıran Serkan Kırıntılını heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı qapıçı ilə 1.5 illik müqavilə imzalanıb.
 
Türkiyə millisində də oynamış Serkan Kırıntılı, 2015/16 mövsümündən etibarən "Konyaspor"da çıxış edirdi. O, 5.5 mövsüm idi formasını geyindiyi bu klubla ötən həftə qarşılıqlı razılıq əsasında yolları ayırmışdı.
 
"Alanyaspor"un digər transferi aşağı liqa təmsilçisi "Menemenspor"un mərkəz müdafiəçisi Furkan Bayırdır. 21 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. Lakin futbolçu bu mövsümün sonuna qədər "Menemenspor"da qalıb icarə əsasında oynayacaq və Alanya təmsilçisinə yayda qoşulacaq.
 
Serkan Kırıntılı yeni komandasında "30", Furkan Bayır isə "35" nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest