Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Rumıniyanın "Viitorul" klubundan niderlandlı hücumçu Kevin Lukkasseni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.
 
Lukkassen bu mövsüm Rumıniya klubunda 18 oyuna çıxıb, 9 qola imza atıb. 
 
Kayseri təmsilçisinin digər transferi İtaliyanın "Bolonya" klubunun argentinalı mərkəz müdafiəçisi Nehuen Mario Pazdır. 27 yaşlı futbolçu mövsümün sonuna qədər Türkiyə klubunun uğurları üçün çalışacaq.
 
"Kayserispor" İsveçin "Myalbyu" klubunun yarımmüdafiəçisi Besard Saboviçi də heyətinə qatıb. 23 yaşlı serb futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest