çempionşipdə çıxış edən "Preston"un müdafiəçisi Ben Deyvisi transfer edən "Liverpul" transfer pəncərəsinin bağlanmasına qısa müddət qalmış daha bir futbolçunu heyətinə qatıb.
 
Matc.az xəbər verir ki, İngiltərə çempionu Türkiyə millisinin və Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabakla güclənib.
 
Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götülürüb. Ozan yeni komandasında "19" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Ozan Kabak "Qalatasaray"ın yetirməsidir. O, 2019-cu ildə "Ştutqart"a transfer edilsə də, cəmi yarım il sonra "Şalke"yə keçmişdi. 20 yaşlı futbolçu Türkiyə yığmasında da 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest