Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, türkiyəli müdafiəçisi Ozan Kabakı "Liverpul"a göndərən Bundesliqa təmsilçisi onun əvəzində "Arsenal"dan Şkodran Mustafini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya yığmasının da üzvü olan 28 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
 
"Hamburq"un yetirməsi olan Mustafi, 2009-da "Everton"a transfer edilib. 2012-2014-cü illər aralığında İtaliyanın "Sampdoriya" klubunun uğurları üçün çalışan müdafiəçi, 2014-2016-ci illər aralığında da İspaniya "Valensiya"sında çıxış edib. 2016-cı ildən etibarən isə o, "Arsenal"da forma geyinirdi. Şkodran 20 oyuna çıxdığı Almaniya yığmasının heyətində 2014-cü ildə dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest