İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bornmut"un hücumçusu Coşua Kinqi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı norveçli futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
 
"Mançester Yunayted"in yetirməsi olan Kinq, karyerası ərzində "Preston", "Borussiya" (Münhenqladbax), "Hall Siti", "Blekbern" klublarında da oynayıb. O, 2015-ci ildən "Bornmut"da forma geyinirdi.
 
"Everton" öz futbolçularından da bir neçəsini icarəyə göndərib. Belə ki, klub 19 yaşlı yarımmüdafiəçisi Entoni Qordonu "Preston"a, 22 yaşlı yarımmüdafiəçisi Beni Baningimeni "Derbi Kaunti"yə, 23 yaşlı sağ cinah müdafiəçisi Conco Kennini "Seltik"ə, 22 yaşlı hücumçusu Natan Brodhedi isə "Barton"a icarəyə verib.
 
32 yaşlı qapıçı Yonas Lössl isə birdəfəlik "Everton"dan ayrılıb. Danimarkalı qolkiper yetirməsi olduğu "Midtyulland"a qayıdıb. O, 2019-cu ildən "Everton"da forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest