"Qarabağ" yarımmüdafiəçisi Abdullah Zubirlə müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
29 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
 
Zubir 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Fransız futbolçunun əvvəlki müqaviləsi bu ilin iyuluna qədər idi.
 
Zubir bu mövsüm "Qarabağ"la 21 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest