İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ABŞ-ın "Dallas" klubundan Brayan Reynoldsu heyətinə qatıb.
 
Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Roma"da çıxış edəcək. Amma müqaviləyə satınalma şərti də daxil edilib. İtaliya klubu Reynoldsun icarəsi üçün "Dallas"a 100 min avro ödəyəcək.
 
Reynolds ABŞ-ın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu "Roma"da 19 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest