Son klubu PSJ olan Xese Rodriqesin yeni ünvanı bilinib.
 
Matc.az xəbər verir ki, 27 yaşlı hücumçu "Las Palmas"a keçib. 
 
Bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xese ilə imzalanan müqavilənin müddəti mövsümün sonuna qədərdir.
 
İspaniyalı hücumçu daha əvvəl 2017-ci ilin yanvarından iyuluna qədər "Las Palmas"da çıxış edib. Xese "Las Palmas"dan başqa, İspaniyada "Real" və "Betis"də də forma geyinib.
 
2016-cı ildən PSJ-də çıxış edən hücumçunun müqaviləsinə ötən ilin dekabrın 6-da xitam verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest