30 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçi təkliflərə baxmayaraq onun üçün prioritetin Ağdam klubu olduğunu bildirib:

"Müqaviləni yenilədiyim üçün xoşbəxtəm. özüm üçün ən doğru olanı etdim. Başqa təkliflərim də var idi".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ" ilə müqavilənin müddətini uzadan Abdullah Zubir deyib.
 
30 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçi təkliflərə baxmayaraq onun üçün prioritetin Ağdam klubu olduğunu bildirib:
 
"Nəinki mən, ailəm də burada xoşbəxtdir. Komanda yoldaşlarım, klub və hər şey ürəyimcədir. "Qarabağ"da qalmağa qərar verdim. Əsas səbəblər bunlar idi. özümü harada xoşbəxt hiss edirəmsə, orada da oynayıram".
 
Qeyd edək ki, "Qarabağ" Abdullah Zubirlə 3 illik yeni müqavilə imzalayıb. O, 2018-ci ilin yayından ölkə çempionunun şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest