24 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalayıb. Əzizli yeni komandasında 12 nömrəli forma ilə çıxış edəcək.

"Sumqayıt" dövrələrarası fasilədə ilk transferini həyata keçirib. Matç.az klubun saytına istinadən xəbər verir ki, komanda son olaraq "Neftçi"də çıxış etmiş Rəşad Əzizlini heyətinə qatıb.

24 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalayıb. Əzizli yeni komandasında 12 nömrəli forma ilə çıxış edəcək.


Qeyd edək ki, Rəşad Əzizli futbolçu karyerası ərzində "Neftçi"dən başqa (17 oyun), "Simurq", "Rəvan" (16 oyun) və AZAL-ın (2 oyun) uğurları üçün çalışıb. 1994-cü il təvəllüdlü qapıçı 15, 17, 19 və 21 yaşadək yığma komandalarının üzvü olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest