İngiltərənin "Uotford" klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderland yığmasının və London "Arsenal"ının sabiq futbolçusu Dennis Berqkampın oğlu Mitçel Berqkampı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.
 
Mitçel Berqkamp Niderlandın "Almere" klubunun yetirməsidir. Lakin o, 2020-ci ilin yayında bu komandadan ayrılandan bəri klubsuz idi.
 
"Uotford" "Bornmut"un yarımmüdafiəçisi Dan Qoslinqi də transfer edib. 31 yaşlı ingilis futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Qoslinq daha öncə "Plimut", "Everton", "Nyukasl", "Blekpul" klublarında da çıxış edib. O, 2014-cü ildən "Bornmut"un uğurları üçün çalışırdı.
 
çempionşip klubu öz yarımmüdafiəçisi Dominqes Kinanı da İspaniyanın "Qranada" komandasına icarəyə göndərib. Qvineya-Bisaudan olan 21 yaşlı futbolçu 2018-ci ildən "Uotford"da çıxış edirdi. "Benfika" və "çelsi"nin yetirməsi sayılan futbolçu daha öncə "Vest Hem"in də formasını geyinib.
 
"Uotford" müvafiq olaraq "Mançester Yunayted"lə "Brayton"dan icarəyə götürdüyü Ceyms Qarner və Qlen Murreylə də yollarını ayırıb. Maraqlıdır ki, bu futbolçuların hər ikisi bundan sonra karyerasını "Nottingem Forest"də davam etdirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest