Komanda son olaraq 2019/20 mövsümünün 10-cu turunda "Lester Siti"yə də eyni hesabla uduzub. Son olaraq "Darven" 1892-ci ilin aprelində "Vest Bromviç"ə, 1893-cü ilin dekabrında isə "Aston Villa"ya 0:9 hesabı ilə məğlub olub.

Futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted"in "Sauthempton"u 9:0 hesabı ilə məğlub etdiyi matçda bir neçə rekord və antirekord qeydə alınıb.
 
Matc.az xəbər verir ki, "Sauthempton" İngiltərə çempionatında 128 il ərzində iki ildən az müddətdə iki dəfə qapısında 9 top buraxan ilk klub olub.
 
Komanda son olaraq 2019/20 mövsümünün 10-cu turunda "Lester Siti"yə də eyni hesabla uduzub. Son olaraq "Darven" 1892-ci ilin aprelində "Vest Bromviç"ə, 1893-cü ilin dekabrında isə "Aston Villa"ya 0:9 hesabı ilə məğlub olub.
 
"Sauthempton"la qarşılaşma "Mançester Yunayted"in futbolçusu Markus Raşford üçün də əlamətdar olub. Görüşdə ikinci qola imza atan 24 yaşlı hücumçu "qırmızı şeytanlar"ın heyətində 83-cü qoluna imza atıb və 82 qolu olan əfsanəvi Erik Kantonanı geridə qoyub. "Mançester Yunayted" tarixinin bombardiri isə 253 qolla Ueyn Runidir.
 
"Mançester Yunayted" həm də 1995-ci ildən sonra ilk dəfə rəqib qapısından 9 top keçirib. Komanda 1995-ci il martın 4-də "İpsviç Taun"u eyni hesabla darmadağın edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest