Qeyd edək ki, ardıcıl ikinci qələbə sayəsində xalını 6-ya çatdıran Azərbaycan yığması 3-cu qrupda vahid liderdir. Ötən gün Slovakiya yığması da doğma meydanda Moldova millisi ilə üz-üzə gəlib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Futzal üzrə Yunanıstan yığmasının baş məşqçisi Yannis Ziavas Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, Afinada 0:3 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
"Məğlubiyyətdən sonra heç vaxt xoşbəxt ola bilməzsiniz, amma konsentrasiya göstərməyimiz və rəqibin ritminə qapılmamağımız çox vacibdir. Azərbaycan futzalçılarının potensialına bələd idik. Rəqib bu matçı və bütün qarşılaşmaları yüksək tempdə oynayan keyfiyyətli komandadır. Yalnız futbolçularımın səylərindən məmnun qala bilərəm. önəmli olan böyük komandalarla məsafəmizin daralmasıdır. Təcrübə toplamalıyıq. Bu dönəmdə xal yığsaq, özümüzə inam artacaq və stimul üçün daha yaxşı olacaq".
 
Qeyd edək ki, ardıcıl ikinci qələbə sayəsində xalını 6-ya çatdıran Azərbaycan yığması 3-cu qrupda vahid liderdir. ötən gün Slovakiya yığması da doğma meydanda Moldova millisi ilə üz-üzə gəlib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest