Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə yollanıb.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətindəki Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir.
 
Qeyd edək ki, AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi futbolçuların siyahısında Rusiyanın "Ximki" klubunda çıxış edən Kamran Əliyev və Ukraynanın "Minay" klubunda oynayan Anatoli Nuriyev də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest