Emreli "Qarabağ"dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, "Qəbələ" ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.

"Qarabağ" klubunun tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə ilk oyununda (3:1) dubla imza atan Mahir Emreli indiki komandasının heyətində vurduğu qolların sayını 63-ə çatdırıb.
 
24 yaşlı hücumçu buna 2015-ci ilin yayından şərəfini qoruduğu "Qarabağ"da keçirdiyi 183 matçda nail olub. Onun orta məhsuldarlığı 0,34-ə bərabərdir. Forvard Premyer Liqada 51, ölkə kubokunda 7, avrokuboklarda 5 dəfə rəqib qapısına yol tapıb.
 
Emreli "Qarabağ"dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, "Qəbələ" ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.
 
Qeyd edək ki, "Qarabağ"ın tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynovdur. Onun aktivində 159 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest